Prezident İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilk dəfə Bakıda olduğunu, paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. Alessandro Profumo bu ilin mayında "Leonardo" şirkətinin baş icraçı direktoru təyin olunduğunu və ilk xarici səfərini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin İtaliya üçün və eləcə də təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıdığını deyib. Alessandro Profumo "Leonardo" şirkətinin çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edərək ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Alessandro Profumonu "Leonardo" şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu ilin əvvəlində "Leonardo" şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq Alessandro Profumonun ilk xarici səfərini Azərbaycana etməsini ölkəmizə olan marağın yaxşı göstəricisi kimi dəyərləndirib.
Azərbaycan ilə İtaliya arasında əlaqələrə toxunan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın gündəliyinin çox geniş olduğunu, ölkələrimizin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sənaye, ticarət sahələrində uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Görüş zamanı "Leonardo" şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edilib və əməkdaşlığımızın yaxşı potensiala malik olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub