Səudiyyə Rusiyaya 1 milyard dollar ayırır - KRALIN MOSKVA SƏFƏRİ ÖNCƏSİ
"Səudiyyə Ərəbistanı Rusiya ilə birgə təsis etdiyi fondun enerji layihələrinə 1 milyard dollar vəsait ayıracaq".
APA TV-nin məlumatına görə, bu fikirləri Rusiyanın energetika naziri Aleksandr Novak səsləndirib.
O, səudiyyəli həmkarı Xalid əl-Fəlihin ölkəsinə səfərlərini xatırladaraq, bu səfərlərdə energetika sahəsində birgə əməkdaşlığın müzakirə olunduğunu bildirib. Nazir həmçinin vurğulayıb ki, bu formatda əməkdaşlıq OPEK ölkələri arasındakı neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşma ilə ziddiyyət təşkil etmir və sənədin müddətinin uzadılıb-uzadılmamasından asılı olmayaraq davam edəcək.
Nazir onu da bildirib ki, hazırda rəsmi Ər-Riyadla Rusiyaya aid neft şirkətlərindən birinin bu ölkədə fəaliyyətə başlaması, bu layihədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun iştirakı məsələsi razılaşdırılır.
Bundan əlavə, Səudiyyə tərəfi Rusiyadan neft hasilatı və geoloji kəşfiyyatda istifadə olunacaq qurğu və avadanlıqların alınmasında maraqlıdır.
Rusiya ilə Səudiyyə Ərəbistanı ötən ilin sentyabrında dünya bazarında stabilliyi qorunmaq barədə razılığa gəlib.
Qeyd edək ki, hər iki ölkənin energetika sahəsində formalaşdırdığı investisiya platformasının ümumi həcmi 10 milyard dollar təşkil edir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub