Ağdamda Aran Qarabağ üzrə cüdo yarışı keçirilib

Ağdamda Aran Qarabağ üzrə azyaşlı və yeniyetmələr arasında cüdo yarışı keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, yarışda 12 rayonun idmançıları birincilik uğrunda mübarizə aparıb.


İki gün davam edən yarışın birinci günündə 10 çəki dərəcəsi üzrə 120, 9 çəki dərəcəsi üzrə isə 80 idmançı iştirak edib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda məqsəd bölgələrdə cüdonun inkişafı və kütləviləşdirilməsidir. Mükafatçıların hamısı gələn il fevral ayında keçiriləcək respublika birinciliyinin final yarışlarına dəvət alacaq.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR