Tramp qasırğaların dağıtdığı Puerto-Rikoda salfet payladı

ABŞ prezidenti Donald Tramp iki güclü qasırğadan zərər çəkən Puerto-Riko sakinləri ilə görüşü zamanı ərzaq yardımı edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, internetdə bununla bağlı görüntülər yayılıb. Görüntülərdə Ağ Ev rəhbərinin qutulardakı salfetləri havaya atdığı əks olunub.

 

Bundan öncə isə Ağ Ev rəhbəri çıxışında Puerto-Rikodakı hadisənin ABŞ büdcəsinə ciddi itki olduğunu bildirib. Prezident xatırladıb ki, indiyədək baş verən "İrma" və "Mariya" qasırğaları büdcəyə külli miqdarda ziyan vurub. Təkcə Puerto-Rikodakı zərərin miqyası isə 90 milyard dollar təşkil edib.

 

Bu arada Puerto-Rikoda təbii fəlakətdən ölənlərin sayı 34 nəfərə çatıb.

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR