PKK 4 türk əsgərini şəhid etdi, 4 hərbçi yaralıdır

Türkiyənin Hakkari vilayətinin Yüksəkova qəsəbəsində terror aktı törədilib.

 

APA TV-nin məlumatına görə, PKK terror təşkilatının törətdiyi partlayış nəticəsində 4 hərbçi şəhid olub, 4-ü isə yaralanıb.

 

Terrorçular hərbi hissədən bazaya gedən yola döşədikləri bombanı hərbi avtomobilin keçidi sırasında partladıb. Yaralı hərbçilər Yüksəkova Dövlət Xəstəxanasına çatdırılıb, bölgədə hava dəstəkli əməliyyat başlayıb.

 

Digər terror hadisəsi isə Ağrının Doğubəyazid qəsəbəsində baş verib. Yola döşənmiş bombanın partlaması nəticəsində bir mülki şəxs yaralanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR