Kim Çen In Şimali Koreyada benzin satışına qadağa qoydu
Şimali Koreyada benzin satışına qadağa qoyulub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, məhdudiyyətlər BMT-nin nüvə proqramı səbəbilə ölkəyə neft və neft məhsullarının idxalına qadağa qoymasından sonra tətbiq edilib.
Sentyabrdan etibarən hakimiyyət təmsilçiləri, hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları istisna olmaqla ölkə vətəndaşlarına benzin satışı dayandırılıb.
Qeyd edək ki, ölkənin neft məhsullarına olan illik ehtiyacı 700-900 min ton arası təşkil edir. Bundan əlavə, hökumətin qərarı ilə 1 milyon ton yanacaq ehtiyatı saxlanılır.
Bu qərardan sonra sözü gedən ehtiyatın iki dəfə artacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
12:50
261
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
281
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
604
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
660
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
674
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
504