Rusiyada azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanıldı: AZƏRBAYCANLIDIR
Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. O xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
12:50
269
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
285
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
608
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
660
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
674
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
505