İspaniya kralı "qanunsuzdur" dedi, Kataloniya lideri cavab verdi

İspaniya kralı VI Filipp Kataloniya rəhbərliyinin referendum israrını qanunsuz adlandırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, monarx bununla bağlı xalqa telemüraciət edib.

O, Barselonada baş verənləri İspaniyanın bölünməsi məqsədilə atılan addım kimi dəyərləndirib.

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon isə qarşıdakı günlərdə müstəqilliklərini elan edəcəklərini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də kataloniyalılar müstəqillik referendumu keçirməyə cəhd edib. Barselona başda olmaqla, bölgənin bir çox yerinə hərbçilər və polis qüvvələri yeridilib. Toqquşmalar baş verib, nəticədə yüzlərlə insan yaralanıb. Hazırda Kataloniyada tətillərin miqyası genişlənib.


 


 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR