Ermənistanda Putinin səfərinə ETİRAZ AKSİYASI KEÇİRİLDİ
Ermənistanın paytaxtı Yerəvanda yüzlərlə adam Rusiya prezidenti Vladimir Putinin səfərinə etiraz edib. Nümayişçilər, həmçinin Ukraynada Avropa Birliyi tərəfdarlarının aksiyalarına dəstək veriblər.
APA TV-nin xəbərinə görə, Yerəvanda etirazçılar sentyabr ayında hökumətin Rusiyanın yaratdığı Gömrük İttifaqına girmək üçün Avropa Birliyi ilə birgə saziş imzalamaqdan vaz keçməsinə qarşı çıxıb.
Polis Prezident Aparatına doğru getmək istəyən nümayişçilərə müdaxilə edib.
Yerəvanda Sərkisyanla görüşün ardından açıqlama verən Putin bildirib ki, Ukraynada təşkil olunan nümayişlər 2015-ci il prezident seçkilərinə hesablanıb: "Mənim fikrimcə, Ukraynadakı bu olaylar müxaliflər tərəfindən idarə edilib və ölkənin hazırkı iqtidarını yıxmağa hədəflənib. Ən əsası da Ukraynada baş verənlər isə inqilab deyil. Sadəcə, yaxşı təşkil olunmuş nümayişdir. Məncə, nümayişlər bu gün üçün təşkil olunmayıb. Daha çox 2015-ci ildə keçiriləcək prezident seçkiləri üçün təşkil olunduğunu düşünürəm".
Qərb ölkələri Kremli Sovetlərdən ayrılmış ölkələrə təzyiq göstərərək onların Avropa Birliyi ilə birləşməsinə əngəl olmaqda günahlandırır.
Xüsusi ilə Cənubi Qafqaz və Şərqi Avropada nüfuzunu artırmağa çalışan Moskvanın bu həmləsi Avropa Birliyi ilə Rusiyanı qarşı-qarşıya qoyub.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI