ABŞ və Liviyada hasilat artdı - NEFT UCUZLAŞIR
Dünya neft bazarında ardıcıl üç gündür ucuzlaşma davam edir.
APA TV-nin məlumatına görə, Amerika Neft İnstitutu ölkədə benzin ehtiyatlarının bir həftə ərzində 4,91 milyon barel artdığını açıqlayıb. Bu rəqəm bu gün açıqlanacaq rəsmi statistika ilə təsdiqlənsə, yanvar ayından bu yana ən böyük artım qeydə alınacaq.
Bu arada Oklahomada yerləşən depoda xam neft ehtiyatları 2,08 milyon barel artıb.
ABŞ-da ehtiyatların və istehsalın artması, OPEK-in istehsalı azaltmaq siyasətinin təsirini azaldacağı reallığı Qərbi Texas neftinin 52 dolların üzərində qalmağına imkan verməyib. Həftənin ilk günündən başlayan ucuzlaşma nəticəsində WTI markalı neft 50 dollardan da aşağı düşüb. Səhər saatlarında yenidən ucuzlaşan bu markadan olan neft hazırda 50,11 dollara satılır.
OPEK-in istehsalın həcmi ilə bağlı razılaşması mart ayında bitəcək. Ekspertlər razılaşmanın daha 3 ay uzadılmasına ehtiyac olduğunu bildirir. OPEK və anlaşmaya imza atmış qeyri-kartel ölkələri qiymətlərin yüksəlməsinə çalışsa da, Liviyada istehsalın artması, ABŞ-da neftlə bağlı yuxarıda qeyd olunan dəyişiklik "Brent" neftinin öz dəyərini qorumaqda çətinlik çəkəcəyini göstərir. Bu markadan olan neftin bir bareli kiçik ucuzlaşmadan sonra 55,75 dollara satılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub