İŞİD əsir götürdüyü rus hərbçilərin videosunu yaydı
İŞİD əsir götürdüyü rus hərbçilərin videosunu yayıb. APA TV-nin məlumatına görə, görüntülərdə onlar ilkin olaraq özləri barədə məlumat verir.
Onlardan biri Rusiyanın Rostov vilayətindən olduğunu bildirir. 1979-cu il təvəllüdlü Roman Vasilyeviç Zabolotnıy və Moskva sakini, 1978-ci ildə anadan olan Qriqoriy Mixayloviç Surkanov terrorçu qruplaşmanın üzvlərinə Suriyanın Şöüliyyə yaşayış məntəqəsinin yaxınlığında əsir düşdüklərini deyirlər.
Rusiya Müdafiə Nazirliyindən yayılan videoya münasibət gecikməyib. Qurumdan bildirilib ki, adı çəkilən bölgədə Rusiya hərbçiləri ilə İŞİD arasında toqquşma olmayıb, buna görə də hərbçilərin əsir götürülməsindən söhbət gedə bilməz.
Xatırladaq ki, Rusiya ordusu Suriyada bu vaxta qədər 38 hərbçisini itirdiyini təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub