600 metrlik tunel qazıb banka girmək istəyən Braziliya qarətçiləri
Braziliyada dövlət bankını hədəf seçən 16 nəfərlik dəstə zərərsizləşdirilib. Onların həmin bankdan böyük məbləğdə pulu oğurlamaq üçün uzun müddət hazırlaşdıqları məlum olub.
APA TV xəbər verir ki, 16 nəfərlik soyğunçu dəstə "Banco do Brasil" dövlət bankına girişi rahatlaşdırmaq üçün təxminən 600 metr uzunluğunda tunel qazıblar. Tuneli xüsusi avadanlıqlarla bərkidən soyğunçular orada elektrik xətləri də quraşdırıb. Məqsəd isə bankdan təqribən 320 milyon dollar pulu oğuqlamaq imiş. Ancaq buna qədər bütün bu işlər üçün 1 milyon dollardan çox pul xərcləməli olublar.
Cinayətkarların bu planı yarımçıq qalıb. Hələ pulların saxlandığı otağa çatmamış polis onların qazdığı tuneli aşkar edib və dəstə üzvləri saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
12:50
268
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
285
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
608
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
660
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
674
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
505