Las-Veqas qatili bu otaqdan atəş açıb - VİDEO
ABŞ-ın Las-Veqas şəhərində 59 nəfəri öldürən 64 yaşlı Stiven Peddokun “Mandalay Bay” otelindəki otağının video yazısı yayılıb. S.Peddok 32-ci mərtəbədə yerləşən bu otaqdan “Route 91 Harvest” musiqi festivalının qonaqlarına atəş açıb.
APA TV-nin xəbərinə görə, video "ABC" telekanalı tərəfindən yayımlanıb. Kadrlarda qatilin otağının giriş hissəsi, optik nişangah quraşdırılmış avtomat silah və s. əşyalar əks olunub.
Qeyd edək ki, Stiven Peddok 59 nəfəri qətlə yetirib, 527 nəfəri isə yaralayıb, daha sonra isə intihar edib. Onun oteldəki otağından 23 ədəd, mənzilindən isə 19 ədəd silah aşkarlanıb.
Cinayətin motivləri hələ də məlum deyil.
OXŞAR XƏBƏRLƏR
12:50
269
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
285
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
608
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
660
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
674
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
505