Bakıda 13 maşının şüşəsini sındıran şəxs ələ keçdi
Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobilin şüşəsi sındırılıb. APA TV-nin xəbərinə görə, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zərərçəkən Alla Nukradze məlumat verib.
Onun sözlərinə görə, yaşadığı evin qarşısında saxladığı maşınından 12 min manat dəyərində kosmetoloji avadanlıqlar oğurlanıb: "Axşam gedirdim, gördüm maşın dayanıb, içinə baxdım, çanta gördüm. Daşı götürüb vurdum, sındırdım şüşəsini. Çantanı götürüb getdim. Baxdım gördüm ki, içində mənə aid olan heç nə yoxdur, iynə-dərmandır. Sədərək yolunda məni tutdular".
Saxlanılan şəxsin sözlərinə görə, çantanın içində pul olduğunu zənn edib. Zəngilan rayon sakini Araz Əmiraslanov oğurladığı kosmetik dərmanları özünə məxsus “Mersedes” markalı avtomobilin yük yerində saxladığını bildirib. Baxış zamanı oğurladığı əşyalar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxsin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun bu ilin sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 13 nəqliyyat vasitəsinin şüşəsini sındıraraq mobil telefon, pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub