Qaxda 26 yaşlı gənc özünü zəhərlədi - 6 GÜNDƏN SONRA TOYU OLACAQDI

Qaxda 26 yaşlı gənc toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.

 

APA TV-nin məlumatına görə, oktyabrın 2-də axşam saat 17:00 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələ ki bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Məlumatda o da bildirilir ki, elektrotexnika ustası olan Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə Nofəlin öz toyu olacaqdı.


Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR