İranda kürdlərin aksiyaları başladı - ETTELAAT HƏRƏKƏTƏ KEÇDİ

İranın kürdlərin kompakt yaşadığı şəhərlərdə İraqın şimalında keçirilən "referendum"a dəstək aksiyaları başlayıb.

 

APA TV-nin məlumatına görə, aksiyalarda "Müstəqil Kürdüstan, çox yaşa!", "Lider Bərzani" şüarları səsləndirilir.


Aksiya iştirakçıları əllərində İranda qadağan edilmiş bayraqlar tutublar, eyni zamanda İranda qadağan edilən "Müstəqil Kürdüstan"ın "himn"ini oxuyublar.


Aksiyalar İranda kürdlərin təmsil olunduğu iki siyasi partiya tərəfindən təşkil edilib.


Proses İran kəşfiyyat orqanlarının diqqət mərkəzindədir. Şimali İraqın "Rudaw" telekanalı artıq ölkədə həbslərin başladığını iddia edib.


Xatırladaq ki, kürdlər İranın 80 milyon əhalisinin cəmi 6 milyonunu təşkil edir və daha çox İraqın şimalı ilə sərhəd bölgədə məskunlaşıblar.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR