15-ci “Maşın Şou”da 9 kişi və 9 qadın mübarizə aparacaq
“Maşın Şou”nun 15-ci sürətinə sayılı günlər qalıb.
APA TV-nin məlumatına görə, “XANIMLAR VS CƏNABLAR” adlı yeni buraxılışı həftənin bazar günü efirdə olacaq.
MGP şirkətinin yaradıcısı, şounun aparıcısı, əməkdar artist Murad Dadaşov bu gün jurnalistlərlə görüşərək, şou ilə bağlı sualları cavablandırıb. O qeyd edib ki, bu dəfə də maşın ətrafında 18 iştirakçı yarışacaq. Yubiley buraxılışının özəlliklərindən biri qadınlarla kişilərin sayının bərabər olmasıdır. 15-ci sürətdə 9 kişi və 9 qadın mübarizə aparacaq. Onların kimliyi isə şounun açılışı günü bəlli olacaq. Murad Dadaşov sürpriz iştirakçıların olacağını bildirib. Onların arasında şounun əvvəlki sürətlərində iştirak edənlər də var, yeni iştirakçılar da. “Tamaşaçıları şoka salacaq iştirakçılar var” - deyə o, əlavə edib.
O ki qaldı büdcəyə, bu dəfə realiti şouya yarım milyon manatdan da artıq pul xərclənəcək. Amma Murad Dadaşov konkret məbləğ açıqlamaq istəmir.
“Maşın” realiti şounun “XANIMLAR VS CƏNABLAR” adlı yubiley buraxılışının final həyəcanı isə daha maraqlı və yaddaqalan olacaq. Həmin gün “Maşın” realiti şounun iştirakçısı olmuş bütün məşhur simalar xatırlanacaq.
Beləliklə, “Maşın” realiti şousu 8 oktyabr saat 22:15-də yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub