Lənkəran su altında - ÇAYLARDA DAŞQIN GÖZLƏNİLİR
Bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda ciddi fəsadlar törədib.
APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Şiləvar, Digah və Girdəni kəndlərində yağış suları bəzi evlərin zirzəmilərinə və həyətyanı sahələrinə dolub.
Vətəndaşlar deyir ki, hər il yaşanan problem bu il özünü daha tez büruzə verib.
Rayon sakinləri məcburiyyət qarşısında qalaraq məktəbliləri uzunboğaz çəkmələrlə məktəbə yola salıblar. Onların sözlərinə görə, qarşıdakı günlərdə də vəziyyət bu cür davam edərsə, məktəblilərin məktəbə gediş-gəlişində ciddi problemlər yaşanacaq: "Yağış bizim evlərin altına dolub, uşaqlar məktəbə gedə bilmir. Rütubətdir üç gündür. Yağır, cücələr boğulur, nə vaxta qədər belə olar? Buna bir çarə qılsınlar, kanallar doludur".
Sakinlər yağış sularının quyulara dolması səbəbindən quyu suyundan istifadə edə bilmədiklərini deyirlər. Yağan yağış yaşayış evləri ilə yanaşı, təsərrüfatlara da ciddi ziyan vurub: "Yağış yağan kimi su həyətdə qalır, ağaclar yanır. Neçə ağac əkmişdim, hamısı yandı. Bağ əkdik, qalıb suyun altında. Neçə dəfə belə olub. İki dəfə əkib təsərrüfat etmişəm, qalıb su altında yanır. Heç nə də edə bilmirəm".
Bu cür vəziyyətin yaranmasına əsas səbəb isə kimi su axar kanalların və kanalizasiya xətlərinin düzgün işləməməsidir. Hidrometeoroloqlar isə hələlik ürəkaçan proqnoz vermirlər: "Yağıntılı hava şəraiti bölgənin çaylarında suyun səviyyəsinin və sululuğun artmasına səbəb olub. Bölgəmizin çaylarında suyun səviyyəsi ötən günlə müqayisədə 40-80 sm artıb. Bəzi dağ çaylarımızda daşqın olması gözlənilir".
Qeyd edək ki, yağıntılı havanın cənub bölgəsində oktyabrın 5-nə qədər davam edəcəyi deyilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub