İran tankları kürdlərin yaşadığı bölgəyə yeridildi - TEHRAN SƏRT ADDIMLARA HAZIRLAŞIR
Şimali İraq Kürd Muxtariyyətində prezident və parlament seçkiləri keçiriləcək. APA TV-nin məlumatına görə, "Reuters" seçkilərin noyabrın 1-də keçiriləcəyini yazıb.
Muxtariyyətin Ali Seçki və Referendum Komitəsinin sədri Hendren Muhammed həmin tarixdə seçkilərin keçirilməsi üçün hazır olduqlarını deyib: "Parlament və prezident seçkiləri üçün hər cür hazırlıqları gördük. Bu gündən etibarən iş qrafiki müəyyənləşdiririk".
Bu arada İran muxtariyyətlə sərhədə 12 ədəd tank yerləşdirib. Tanklar İraq ərazisindən görünür. Bu hərəkət keçirilən "referendum"a cavab olaraq İran və İraq silahlı qüvvələri tərəfindən planlanan ortaq hərbi təlimlərin bir hissəsi olaraq dəyərləndirilir.
Eyni zamanda İran hökuməti ölkənin kürdlər yaşayan bölgəsinə də tank birləşmələri yeridib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub