Həmkəndlisini və özünü güllələdi - XAÇMAZDA MÜƏMMALI HADİSƏ

Xaçmaz rayonunda güllələnmə hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsindən güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ov tüfəngi ilə həmkəndlisi, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmadəddin oğlunun  xəsarət yetirdiyi müəyyənləşdirilib.

 

Gülbala Məmmədseyidov daha sonra özünü də güllələyib. O da yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR