Rusiya Türkiyəyə silah satdı, amma sirrini vermir - C-400 QALMAQALI

Türkiyənin Rusiyadan satın alacağı C-400 zenit-raket sistemlərinin daxili mexanizmə giriş istəyi rədd edilib. APA TV-nin məlumatına görə, bu iddia Rusiyanın "Gazeta.ru" saytında dərc olunub.

 

Silah anlaşmasına yaxın olduğu bildirilən mənbə "zenit-raket sistemlərinə aid elektron kodların hamısını və daxili mexanizmini Türkiyəyə verilməyəcək" deyib: "Texniki baxış və xidməti işləri Rusiya yerinə yetirəcək. Türklər bu sistemin içini açmayacaq".

 

C-400 sistemləri üçün radarları da Rusiya quracaq: "Türklərin C-400 sisteminin daxili mexanizmini görmək tələbini yerinə yetirməyəcəyik. Rusiya mütəxəssislərinin sistemin daxilinə yerləşdirəcəyi radar havada olan obyektin hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirəcək.

Türklər şifrələri və nəzarəti onlara verməyimizi istədi. Ancaq biz bunu rədd etdik".

 

Rusiyalı mütəxəssis Viktor Yesin havadan müdafiə sistemlərinin bu cür şərtlərlə satıldığını bildirib. "Ölkələr arasında ticari razılaşma imzalananda müştərinin öz başına sökmə haqqı yoxdur. Satın alan tərəf öz üzərinə bu sistemləri üçüncü bir ölkəyə satmamaq və sistemdə dəyişiklik etməmək cavabdehliyi götürmüş olur. Onlara bu sistemin necə istehsal olunduğu ilə bağlı sənəd verməmək hüququmuz da var".

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınacaq C-400 zenit-raket sistemləri üçün öncədən ödəniş edildiyini bildirmişdi.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR