Göyçayda sel avtomobil yolunu dağıtdı
Göyçayda güclü leysan fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gecədən başlayan leysan yağışları bu gün axşam daha da şiddətlənib.
Yağışın əmələ gətirdiyi sel suları Göyçay şəhərinin şimalındakı fərdi yaşayış evlərini və dağətəyi ərazidə yerləşən kəndlərdəki həyətyanı sahələri və küçələri lil qatı ilə örtüb.
Rayonun Qarabaqqal kəndində sel suları su ötürücüsünü, avtomobil yolunu dağıdıb, elektrik dirəkləri və ağacları aşırıb. Elektrik naqillərinin qırılması səbəbindən Göyçay şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayanıb.
OXŞAR XƏBƏRLƏR
12:50
276
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
293
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
614
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
662
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
675
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
507