Yağışlar davam edəcək

Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, mülayim şimal-şərq küləyi  əsəcək.

 

Havanın temperaturunun gecə 11-13, gündüz 14-16 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR