İŞİD-in neft gəlirləri 50 milyondan 4 milyona düşdü

İŞİD-in neftdən əldə etdiyi gəlirlər iki ildə 90 faizədək aşağı düşüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terror təşkilatının bu müddətdə "qara qızıl" ixracından qazancı 50 milyondan 4 milyona enib.

 

İŞİD-in əsas gəlir mənbələrindən sayılan neft satışının azalmasının səbəbləri bilinməsə də, bu faktın təşkilatın fəaliyyətinə ciddi təsir edəcəyi istisna deyil.

 

Bundan əlavə, terrorçuların zəbt etdiyi ərazilərdəki əhalidən topladığı vergilər də kəskin azalıb. Analitiklər bunu əsasən terrorçuların zəbt etdiyi ərazilərin bir qisminə nəzarəti itirməsi, bununla da əsas ticarət kanallarının əldən çıxması ilə əlaqələndirir.

 

Qeyd edək ki, son dövrlərdə terrorçuların nəzarətində olan yataqlardan neft satışı 88 faiz azalıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR