Bakıda binaların zirzəmilərindən oğurluq edən şəxslər tutuldu

Bakıda binaların zirzəmilərindən oğurluq edən şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması faktı barədə məlumat daxil olub.

 

Məlum olub ki, binaların zirzəmilərində su ventilləri ardıcıl şəkildə sökülür. Araşdırmalarla bu əməli Ağstafa rayon sakini Xəyal Rəfiyevin törətdiyi bəlli olub. Ətrafında aparılan tədbirlərlə onun digər bir nəfərlə birlikdə rayonun Mir Cəlal küçəsindəki çoxmərtəbəli yaşayış binalarından 9-nun zirzəmilərindən ümumilikdə 42 ədəd istilik sistemlərinin diyircəklərini (ventilləri) oğurladıqları müəyyən edilib: "Tərkibində latun var idi. 1 kq 5 manata. Binaların zirzəmilərindən oğurlayırdıq".

 

Davam etdirilən tədbirlərlə digər şəxs - Ağdaş rayon sakini Yasər Bayramovun da yeri müəyyənləşdirilərək tutulub: "Xəyalla bir yerdə su ventillərini oğurlayırdıq. 1 kq-nı 5 manatdan aparıb satırdıq. Binaların zirzəmilərindən açıb götürürdük. 77 ədəd su ventili oğurlayıb satmışıq".

 

Polis əməkdaşları tərəfindən maddi sübutlar metal qəbulu məntəqəsindən aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR