Suriyalı qaçqınlara təpik atan qadın operatora həbs cəzası verildi

Suriyalı qaçqınlara təpik ataraq onları yıxan macar operator 3 il həbs cəzası verilib.

 

APA TV-nin məlumatına görə, Petra Laszlo adlı xanıma 2015-ci ilin sentyabr ayında Macarıstan-Serbiya sərhədini keçməyə çalışan qaçqınlarla polis arasında yaranan qalmaqalı çəkmək tapşırılıb.

 

Polisin barrikadasını yaran suriyalı qaçqınlar Macarıstana doğru qaçmağa çalışıb. Bu zaman yaranan qarışıqlıqda Laszlo əvvəl bir qıza təpik atıb, dizinə zərbə endirib. Daha sonra qucağındakı uşağı ilə qaçan ataya təpik ataraq onun uşaqla birlikdə yıxılmağına səbəb olub.

 

Hadisədən dərhal sonra işdən qovulan Petra Laszlo haqqında cinayət işi açılıb. O, məktub yazaraq üzr istəsə də, məhkəmə onun günahkar olduğuna qərar verib.

 

Szeged Bölgə Məhkəməsi operatoru cəmiyyətə qarşı şiddət və cinayətə təşəbbüsdə günahlandıraraq 3 il həbs cəzası verib.

 

Qeyd olunur ki, zərərçəkən Üsamə əl-Qabad Suriyada futbol məşqçisi olub. Uzun müddət İŞİD terror təşkilatı tərəfindən işgəncələrə məruz qalan əl-Qabad bir müddət sonra ölkəsindən qaça bilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR