Goranboy sakininin həyətindən 105 kq çətənə çıxdı
Çətənə kolları əkib becərən Goranboy sakini saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib becərən Xoylu kənd sakini, 46 yaşlı Seyrəddin Əliyev saxlanılıb.
Ona məxsus pay torpağına və həyətyanı sahəsinə baxış zamanı oradan ümumilikdə 87 ağac olmaqla narkotik vasitə hesab olunan çətənə kolları aşkarlanıb. Əməliyyat nəticəsində adı çəkilən hər iki ərazidən xüsusi aqrotexniki qulluqla becərilən ümumi çəkisi 105 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Dindirmə zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əkib becərdiyini bildirsə də, Seyrəddinin əməlində satış məqsədinin olduğu üzə çıxıb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub