Neft iki gündür ucuzlaşır

Dünya bazarında neft iki gündür ardıcıl olaraq ucuzlaşır.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft səhər seanslarında 55,88 dollardan təklif olunur. Ötən gün bu markadan olan neft 56,58 dollardan satılıb.

 

Səudiyyə Ərəbistanı və Küveytdə neft hasilatı artmaqdadır. Sentyabr ayında OPEK gündəlik 32,83 milyon barel neft hasil edib. Bu, avqust ayına nisbətdə gündəlik 120 min barel artım deməkdir.

 

Liviyada da istehsal artıb. Ölkənin ən böyük neft yatağı qısa fasilədən sonra yenidən fəaliyyətini normallaşdırır.

 

Qiymətlərin sentyabrda yüksək olması, ayın sonuna yaxın ABŞ-da istehsalın normallaşması və neft emalı zavodlarının öz fəaliyyətini bərpa etməsi bu ölkədə istehsalın artmasına təkan verəcək. İstehsal artdıqca, ABŞ neftinin qiymətlərə təsiri də artır, eyni zamanda ucuzlaşma baş verir.

 

Qərbi Texas nefti ötən 24 saat ərzində 1 dollardan çox ucuzlaşıb. 51,52 dollardan satılan WTİ nefti hazırda 50,44 dollara təklif olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR