Bakıda ənənəvi yağış mənzərəsi: gölməçələr, su basan yollar...
Paytaxt Bakıya və Abşeron yarımadasına oktyabrın 2-si səhər saatlarından yağmağa başlayan intensiv yağış ötən gecə də davam edib. Gecənin müxtəlif saatlarında leysan xarakteri alan yağış yollarda problemlər yaradıb.
Daha çox körpülərin altında və yolların çökək hissələrində gölməçələr əmələ gəlib, avtomobillərin və piyadaların hərəkəti çətinləşib.
Şəhərin müxtəlif ərazilərində apardığımız müşahidə zamanı tunellərdə və mərkəzi yollarda heç bir problemlə rastlaşmasaq da, mərkəzdən bir qədər uzaq yerlərdə yağış çətinliklər yaradırdı.
Bakıətrafı qəsəbələrdə isə yağışın fəsadları daha ciddi olub. Xırdalan şəhərində, Rəsulzadə, Maştağa və digər qəsəbələrdə yolları və həyətləri su basıb.
Qeyd edək ki, oktyabrın 3-də də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub