FİFA millimizin bir rəqibini cəzalandırdı, digəri ilə bağlı araşdırmaya başladı

FİFA Almaniya Futbol Federasiyasını (DFB) cərimələyib. APA TV-nin məlumatına görə, buna səbəb DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Almaniya – Çexiya matçı olub.

 

Belə ki, 2:1 hesabı ilə almanların xeyrinə başa çatan oyundan əvvəl elan olunmuş 1 dəqiqəlik sükut zamanı alman fanatlar nasist şüarlar səsləndiriblər və sükutu fitlə pozublar. Bundan əlavə qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar. Bu isə DFB-yə 32 min İsveçrə frankına başa gəlib.

 

Stadionda təhlükəsizliyi təmin edə bilmədiyi üçün Çexiya Futbol Federasiyası haqqında da araşdırma açılıb.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya və Çexiya millimizlə eyni qrupda mübarizə aparır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR