İŞİD “terrordur”, FTB “terror deyil” deyir - MÜƏMMA
İŞİD ABŞ-ın Las-Veqas şəhərində atışmaya görə məsuliyyəti üzərinə götürüb. APA TV-nin məlumatına görə, terror təşkilatı bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.
ABŞ Federal Təhqiqatlar Bürosu isə fəqli qənaətdədir. Qurum hesab edir ki, Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəsi olmayıb. Bunu Federal Təhqiqatlar Bürosunun Las-Veqas üzrə nümayəndəsi Aaron Rauz bəyan edib.
“Hazırda Stiven Peddokun terror qruplaşmaları ilə əlaqəli olduğu təsdiqini tapmayıb. Araşdırma davam edir”, deyə A.Rauz bildirib.
Qeyd edək ki, “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görərək özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Peddok olduğu müəyyənləşib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub