Las-Veqas qətliamı: 20 nəfər öldürüldü, 100-dən çox yaralı var - ABŞ ŞOKDA

ABŞ-ın Las-Veqas şəhərində kazinolarından birində atışma olub. APA TV-nin məlumatına görə, "Mandalay Bay Casino"nun konsert salonunda musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

 

Las-Veqasın Polis Departamentindən xəbər təsdiqlənib. Naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Onun axtarışlarına başlanıb.

 

Ölənlər arasında polis əməkdaşları da var.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR