Ukraynada dəhşətli yanğın: 4 azərbaycanlı həlak oldu
Ötən gecə Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Vsya Vlast” portalı məlumat yayıb.
Bildirilir ki, hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxsin hostelin qarovulçusu olduğu deyilir. Aralarında 2009-cu il təvəllüdlü uşağın da olduğu daha 4 nəfər xilas edilib.
Ümumilikdə binanın 200 kvadrat metrlik ikinci mərtəbəsi yanıb. Hadisə yerinə onlarla xilasedici və 15 texnika cəlb olunub. Yanğının səbəbi araşdırılır.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
12:50
292
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
307
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
628
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
664
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
678
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
510