Bakıda yağışlar intensivləşir, bölgələrdə şaxtalar başlayır - XƏBƏRDARLIQ
Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi, arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-14, gündüz 14-16 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2-5, gündüz 5-9, yüksək dağlıq ərazilərdə gecə 0-5, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub