Azərbaycana çəlləkdə fişəng keçirmək istədilər - QAÇAQMALÇILAR QAÇDI
Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısını alıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, sentyabrın 22-də Azərbaycan Respublikasının vətəndaşları Əbilhəsən Səhhəd oğlu Zeynalov və Burhan Adıgözəl oğlu Orucov Biləsuvar-Salyan şose yolunun kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17 000 ədəd “T-Dol 200” markalı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sentyabrın 23-də Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litrlik çəlləklərə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəlləklərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkar olunaraq götürülüb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.
Sentyabrın 25-də Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloqram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli “Metafitamin” dərman preparatlarının keçirilməsinin qarşısı alınıb, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.
Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub