“Brent” nefti sentyabrda 10 faiz bahalaşıb

Birjalarda həftənin ilk ticarət sessiyalarında neftin qiyməti həftəlik göstəriciyə nisbətən aşağı hədlərdə müəyyən olunub.

 

APA TV-nin məlumatına görə, hazırda “Brent” markalı neft 56,58 dollara, Qərbi Texas nefti isə 51,52 dollara satılır. İki marka arasında fərqin 5 dollara enməsi ABŞ-ın qiymətlərin müəyyənləşməsində rolunu tədricən bərpa etdiyini göstərir.

 

Sentyabr ayında “Brent” markalı neft 10 faiz, Qərbi Texas nefti isə 9,5 faiz bahalaşıb. Bu markalar əvvəlki rübə nisbətən üçüncü rübdə müvafiq olaraq 19 və 12 faiz dəyər qazanıblar. Açıqlanan rəqəmlər bazarda balansın yaranmağa başladığına dair OPEk və Beynəlxalq Enerji Agentliyinin iddialarının doğruluq payını artırır.

 

Birja həftəsinin ilk günündə dünyanın aparıcı informasiya agentliklərinin ekspertlərinin neftin qiymətinə və ABŞ-ın neft ehtiyatlarının həcminə dair mövqeləri sorğu şəklində açıqlanacaq. Sabah isə Amerika Neft İnstitutu ABŞ-ın kommersiya neft ehtiyatlarının və anbarlarda saxlanan benzinin həcminə dair hesabatı gözlənilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR