Marselin mərkəzində terrorçu iki qadını öldürdü - İŞİD İZİ

Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib. APA TV-nin “Euronews”a istinadən verdiyi məlumata görə, hadisə Marsel şəhərində baş verib.

Həmin şəxs Marsel şəhərindəki "Saint Charles" dəmir yolu stansiyasında insanlara hücum çəkib, qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 qadın isə bıçaq yarasından yerindəcə ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.

Fransa daxili işlər naziri Jerar Kollon hadisə ilə əlaqədar Marselə yollanıb.

Bir qədər sonra isə İŞİD terror qruplaşması Marsel şəhərində törədilən bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR