İran və İraqdan Bərzaniyə güc nümayişi: birgə hərbi təlimlər başladı

İran və İraq orduları birgə təlimlərə start verib. APA TV-nin məlumatına görə, təlimlər İran-İraq sərhədində - Şimali İraq Kürd Muxtariyyəti bölgəsi yaxınlığında keçirilir.


İran dövlət televiziyasının xəbərini "Reuters" bütün dünyaya yayımlayıb.

Təlimlərdə hər iki tərəfdən iştirak edən hərbçilərin sayı açıqlanmır. 

Xatırladaq ki, Türkiyə də "Bərzani bölgəsi"nin şimal sərhədində hərbi təlimləri davam etdirir.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR