Binəli Yıldırım: "Bərzani odla oynayır, baş verəcəkləri düşünsün"
"İran və İraqla birgə bölgədə başladılan oyunları pozacağıq". APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım səsləndirib.
Hökumət rəhbəri deyib ki, Türkiyə bölgədə gücdür və o olmadan burada hər hansı planı reallaşdırmaq mümkün deyil.
"Fərat qalxanı" əməliyyatında necə hərəkət etdiksə, eyni cavabı verməyə yenə hazırıq".
Baş nazir İraqın şimalında yalnız kürdlərin yaşamadığını deyib:
"Orada bir neçə millətin nümayəndəsi yaşayır. Onların nə düşündüyü soruşulmadan, inadla, ehtirasla bir siyasi qərar verilə bilməz. Şimali İraq Kürd Muxtariyyəti rəhbərliyi atəşlə oynamasın, sonra baş verəcəkləri düşünsün, həmin an məsuliyyət onların üzərində olacaq".
Türkiyə sərhədləri yaxınlığında xəritə dəyişikliyini ölkəsinin milli təhlükəsizlik məsələsi olduğunu deyən Binəli Yıldırım tamaşaçı statusunda qalamayacaqlarını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub