Ağdaş sakini: "Tutulacağımı bilirdim, yenə şeytana uydum"

Ağdaş rayonunda narkotik bitkilər yetişdirən, evində narkotik saxlayan şəxs saxlanılıb. Ağdaş rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Eminov Məhəmmədiyə Xəlil oğluna məxsus evin həyətyanı sahəsindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. "Çəkisi 207 kiloqram, hündürlüyü 4,5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib. Əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qanunsuz saxlanılan və ümumi çəkisi 145 qram olan qurudulmuş marixuana aşkar edilib. O, narkotikdən özü istifadə edəcəyini bildirib". 


Polis əməkdaşları narkotik plantasiyasına baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4,5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib. Əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qanunsuz saxlanılan və ümumi çəkisi 145 qram olan qurudulmuş marixuana aşkar edilib. Məhəmmədiyyə Eminov polis əməkdaşlarına ilkin ifadəsində kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən özü istifadə edəcəyini deyib: "Tutduğum əməldən peşmanam. Bilirdim ki, polis əməkdaşları məni narkotik bitki əkdiyimə görə tutacaq. Şeytana aldandım əkdim, sonu belə oldu. Heç kimə məsləhət görmürəm ki, narkotik əksin. Bu düzgün yol deyil".  


Faktla ağlı Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR