Baş prokuror: "Onlar erməniləri, PKK-nı dəstəkləyir"
"Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb. Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcəksə, barəsində cinayət işi başlanacaq".
Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili "Yaşıllar və Sol Gələcək Partiyası"nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub