Rusiya Türkiyə sərhədi yaxınlığında əməliyyat keçirdi - 40 ÖLÜ
Suriyanın Türkiyə sərhədinə yaxın İdlib şəhəri bombalanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiya aviasiyasının zərbələri nəticəsində 40 dinc sakin həyatını itirib.
Bir neçə bina, o cümlədən 30 ev yerlə yeksan olub. Rusiya aviasiyasının və Əsəd qüvvələrinin anti-terror əməliyyatları nəticəsində son on gündə həyatını itirən dinc sakinlərin sayı artıq 150 nəfəri ötüb. Onların arasında uşaqların çoxluq təşkil etdiyi bildirilir.
Zərbələr İdlibə yaxın iki kəndə - Ras əl-Hus və Harimə də endirilib. Kənddən havaya qalxan tüstü qatı Tükiyənin Reyhanlı qəsəbəsindən aydın görünür. Bundan başqa daha 15 kənd də bombardman edilib.
OXŞAR XƏBƏRLƏR
12:50
316
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
330
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
648
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
669
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
683
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
514