Sarbonn universitetinin professorları qubalı müəllimlərə təlim keçir
Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Paris Sorbonn Universitetinin "İnteraktiv Tədris Metodları Universitet Sistemində" adlı birgə layihəsi çərçivəsində təlimlərə start verilib.
APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, tədbirdə universitetinin magistratura proqramlarının rəhbəri, Fransa Milli Elmlər Akademiyasının üzvü, professor Florent Pratla Pratlong, Paris Sorbonn Universitetinin Əbu-Dabi filialı rektorunun Biznesin İnkişafı üzrə müşaviri İmran Muxtarov, tədris və innovasiyalar üzrə beynəlxalq dərəcəli mütəxəssis İlfanə Pənahova , ADPU Quba filialının direktoru, professor Əli Allahvediyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsil", "Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq", "Filologiya", "Riyaziyyat və informatika", "Kimya və biologiya", "Fizika və texnologiya", "Tarix və coğrafiya" fakültələrindən 80-ə yaxın professor və müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, professor Əli Allahverdiyev təlimçilərə və tədbir iştirakçılarına uğurlar arzulayıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi müəllim əsaslı deyil, tələbə əsaslı tədrisin inkişafına dəstəkdir.
Təlimlər 4 gün davam edəcək, 5-ci gün iştirakçılara sertifikatlar təqdim olunacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub