ABŞ rəsmən bəyan etdi: İraqın şimalında keçirilən "referendum"un nəticələrini tanımayacağıq
ABŞ İraqın kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrini tanımayacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib:
"ABŞ İraqın vahidliyi və ərazi bütövlüyü dəstəkləyir. Biz İraqın qonşuları daxil olmaqla, bütün tərəfləri birtərəfli addımlar atmaqdan və gücdən istifadə etməkdən çəkinməyə çağırırıq"- deyə, R.Tillerson qeyd edib.
İraqın şimalındakı kürd muxtariyyətində sentyabrın 25-də müstəqillik referendumu baş tutub. Səsvermədə iştirak edənlərin 92,73 faizi müstəqilliyin lehinə səs verib.
Bu arada Fransa prezidenti Emmanuel Makron İraqın baş naziri Heydər əl-Abadi ilə telefon danışığı zamanı Kürd muxtariyyəti ətrafındakı münaqişənin nizamlanmasında vasitəçilik təklif edib.
O, tərəfləri vəziyyəti daha da gərginləşdirməkdən yayınmağa, habelə İŞİD-lə birgə mübarizəyə çağırıb və 25 sentyabr referendumunun müzakirəsi üçün 5 oktyabrda ölkəsinə dəvət edib.
Bir qədər əvvəl isə əl-Abadi kürdlərlə heç bir dialoqa getməyəcəyini bəyan edib, Türkiyə və İran isə Kürdüstanla sərhədlərini bağlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə bölgəni neft embarqosu ilə hədələyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson da ölkəsinin referendumun nəticələrini tanımadığı və İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub