Tramp Tillersona tam səlahiyyət verdi: "Rusiya ilə özün məşğul ol"

Bundan sonra Rusiya, İran və Şimali Koreya ilə bağlı sanksiyalara ABŞ-ın dövlət katibi Reks Tillerson nəzarət edəcək.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, prezident Donald Tramp belə bir qərar verib. Ağ Evdən bildirilib ki, dövlət katibi əsasən anti-Rusiya sanksiyalarının daha da sərtləşdirilməsi ilə bağlı məsələləri nəzarətdə saxlayacaq.

 

Bundan əlavə, onun səlahiyyətlərinə ölkənin kibertəhlükəsizliyinə qarşı təhdid yarada biləcək şəxslərə vizaların verilib-verilməməsi də daxil olacaq.

 

Xatırladaq ki, Avropa İttifaqı və ABŞ rəsmi Moskvaya 2014-cü ildən Ukraynadakı vəziyyətlə əlaqəli sanksiyalar tətbiq etməyə başlayıb. 2016-cı ildə isə ABŞ-dakı prezident seçkilərinə müdaxilə ittihamı ilə Rusiyaya yeni məhdudiyyətlər qoyulub.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR