İspaniya - Kataloniya qarşıdurmasına 1 gün qaldı - REFERENDUM BAŞ TUTACAQMI?

İspaniyanın Barselona şəhərində Kataloniya referendumuna dəstək mitinqi keçirilib.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, etirazlar rəsmi Madridin səsverməni qanunsuz elan edərək kataloniyalıların referendumda iştirakını əngəlləmək istəyilə bağlıdır.

Bu arada muxtariyyətin başçısı Karles Puçdemon ümumxalq səsverməsilə bağlı qərarlı olduqlarını açıqlayıb: "Bu gün qələbə bizimlədir. Bizi kimsə anlamaq istəmir. Hakimiyyət təslim olmağımızı istəyir, amma bilmirlər ki yaradılan çətinliklər qarşısında xalqımız daha da güclənir".

Kataloniya polisi isə mərkəzi hakimiyyətin göstərişi ilə seçki məntəqələrini mühasirəyə almağa hazırlaşır, referendum tərəfdarları isə bu məntəqələri mühafizə edir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR