Türkiyə PKK-ya qarşı əməliyyatda 4 şəhid verdi
Türkiyənin Ağrı vilayətində PKK silahlılarına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi və 2 kənd qoruyucusu şəhid olub. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bölgədə keçirilən əməliyyat zamanı həmçinin 8 təhlükəsizlik xidməti əməkdaşı yaralanıb.
Məlumata əsasən, əməliyyat zamanı 10 silahlı məhv edilib, terrorçulara məxsus xeyli sayda silah-sursat aşkarlanıb. Bölgədəki əməliyyatın davam etdiyi bildirilir.
Qeyd edək ki, Ağrı vilayətində əməliyyat sentyabrın 25-də PKK terrorçularının mikroavtobusu atəşə tutmasından sonra başlayıb. Vilayətin Yaygınyurt kəndi yaxınlığında qeydə alınan hadisə zamanı Əfqanıstandan olan 3 miqrant ölüb, daha 7 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
12:50
316
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
330
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
648
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
669
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
683
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
515