Tramp səhiyyə nazirini istefaya göndərdi
ABŞ prezidenti Donald Tramp ölkənin Səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı vəzifəsindən azad edib.
APA TV-nin məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
"Prezident Səhiyyə və sosial xidmətlər naziri Tomas Prays istefasını qəbul edib”, məlumatda deyilir. Bundan əvvəl D.Tramp nazirin fəaliyyətindən narazı olduğunu bildirib.
Ötən həftə T.Praysa qarşı çarter uçuşları üçün büdcə vasitələrindən istifadə etdiyinə görə araşdırma başlanılmışdı.
Yoxlamalara “Politico” qəzetinin nazirin ABŞ ərazisində 26 dəfə fərdi təyyarələrdən istifadə etməsinə dair məqaləsi səbəb olub. Məlumata əsasən, nazirin uçuşları dövlətə 400 min ABŞ dollarına başa gəlib. Rəsmi olaraq nazir səfərlərini adi sərnişin reysləri ilə həyata keçirməli imiş. Məqalə dərc edildikdən sonra nazir bütün xərcləri büdcəyə qaytarmağa hazır olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub