Kabildə cümə namazından çıxanlara qarşı terror: ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb.

 

Polisin məlumatına görə, insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.

 

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR