Dövlət Gömrük Komitəsinin sədri tələbələrlə görüşüb
Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iştirak edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə? tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə gömrük xidmətinin də formalaşması və inkişafının müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.
Qeyd edilib ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti ümummilli liderin hakimiyyətə qayıdışına qədər qənaət bəxş olmamışdı. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı.
Komitə sədri qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə diqqət yetirilir. Azərbaycan gömrük orqanlarının əsas inkişaf istiqamətlərindən biri də məhz peşəkar kadrların hazırlanmasıdır. O, bu məqsədlə müxtəlif ali təhsil ocaqlarında oxuyan savadlı və bacarıqlı gənclərin gömrük orqanlarına işlə təmin edilməsinə ehtiyac duyulduğunu bildirib. Komitə sədri qeyd edib ki, bu, tələbələrlə keçirilən ikinci belə tədbirdir. O, ötən il Gəncədə də tələbələrlə görüş keçirdiyini qeyd edib. O, gömrük sahəsinə uyğun olan ali məktəblərdə keçirilən bu görüşlərdə tələbələrə gömrük orqanlarında aparılan islahatlar barədə geniş məlumat verildiyini və yüksək savada, biliyə malik olan gənclərin peşəkar kadr kimi yetişdirilərək işlə təmin edilməsi üçün şərait yaradılacağını bildirib.
Daha sonra Aydın Əliyev Mingəçevir Dövlət Universitetinin tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar diləyərək onların yüksək bilikli və bacarıqlı gənclər kimi ölkənin tərəqqisinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Sonda komitə sədri tələbələrin suallarını cavablandırıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub